BAKI, 27 oktyabr. TELEQRAF
Xalq artisti Şahnaz Haşımova Gəncə Beynəlxalq Xəstəxanasının reanimasiya şöbəsindən palataya köçürülüb.
Bu barədə Teleqraf-a Xalq artistinin nəvəsi Eldar Abdullayev məlumat verib.
O, bildirib ki, Şahnaz Haşımovanın müalicəsi davam edir.
Qeyd edək ki, Şahnaz Haşımova oktyabrın 24-də xəstəxanaya yerləşdirilib. O, əməliyyat edilib.