10:57 27.10.2025 
  10:57 27.10.2025 
  Meyxana ustadı Ağamirzə "Rəngarəng" verilişində qonaq olub.
Mynews.az xəbər verir ki, o, canlı efirdə vəsiyyətini açıqlayıb.
Ağamirzə bildii, o öləndə yasına heç kim gəlməsin:
"Mən öləndə yasıma heş kim gəlməsin. Əlini qaldırıb Allaha dua etsin, desin ki, onun günahını bağışla. İki rukət də namaz qılsın. Bu qədər! Bu mənə ən böyük hədiyyədir. Çünki hamımızın buna ehtiyacı olacaq".
 
                        