AZ

Şəki liseyinin komandası intellektual oyun üzrə respublika çempionatında ikinci yerə layiq görülüb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Şəki, 27 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki şəhər kimya-biologiya təmayüllü liseyin IX sinif şagirdlərindən ibarət “KVEBEK” komandası “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə respublika çempionatında uğurla çıxış edərək II yerə layiq görülüb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə regional təhsil idarəsindən məlumat verilib. Bildirilib ki, intellektual bilik yarışı Elm və Təhsil Nazirliyi və Təhsil Oyunları Platformasının birgə təşkilatçılığı ilə keçirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
azertag.az

1Mənbələr