Məhkəmə Ekrem İmamoğlunu və bir neçə müttəhimini casusluq işi çərçivəsində təqsirli bilib...
İstanbulun meri Ekrem İmamoğlu, onun siyasi müşaviri Özkan və müxalifət yönümlü TELE 1 televiziya kanalının baş direktoru Yanardağ “siyasi casusluq” işi üzrə keçirilən məhkəmə iclasından sonra həbs olunublar.
Poliqon xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Məhkəmənin qərarında qeyd olunur ki, “maddi gəlir əldə etməyə yönəlmiş cinayətkar təşkilatın” başında dayandığı iddia edilən İmamoğlu beynəlxalq dəstək toplamaq məqsədilə casusluq fəaliyyətinə cəlb olunmaqda və seçki kampaniyası üçün qanunsuz yollarla maliyyə toplamaqda ittiham edilir.
İttiham aktında göstərilir ki, sözügedən fəaliyyətlər həm Türkiyənin daxili təhlükəsizliyinə, həm də siyasi sistemin sabitliyinə qarşı yönəlmiş əməl kimi qiymətləndirilib.
Ekspertlərin fikrincə, bu proses Türkiyədə gələn il keçiriləcək seçkilər ərəfəsində siyasi gərginliyi daha da artıracaq.
Poliqon.info