ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kaliforniya qubernatoru Qevin Nyusom prezidentliyə namizədliyini nəzərdən keçirdiyini etiraf edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb
O bildirib ki, qarşıdan gələn seçkilərdə Demokratlar Partiyasından namizədliyini irəli sürə bilər.
“Bəli. Əks halda, yalan danışardım və bunu edə bilmərəm”, – siyasətçi deyib.
Nyusom ABŞ-da gələn noyabrda keçiriləcək aralıq seçkilərinin nəticələrini gözlədiyini vurğulayıb.
O, həmçinin qeyd edib ki, özünü Demokratların yeganə mümkün namizədi kimi görmür.
Xatırladaq ki, 2024-cü ildə Nyusom ABŞ Prezidenti Donald Trampın əsas ictimai rəqiblərindən biri kimi ortaya çıxıb. Oktyabrın 2-də Kaliforniya qubernatoru özünü “azad dünyanın lideri” adlandırıb.
Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2028 ci il 7 noyabr tarixində keçiriləcək.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.