
“2026-cı il sülh üçün həlledici il olacaq, çünki həmin ildə növbəti parlament seçkiləri keçiriləcək”.
Missiya.Az xəbər verir ki, bunu Ermənsitanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
O bildirib ki, Ermənistan xalqı öz seçimi ilə sülhün tərəfdarı olmalıdır, əks halda Ermənistan yenidən münaqişə və forpost məntiqinə sıxışdırılacaq.
“Vurğulamaq istəyirəm ki, Ermənistan xalqı sülhün tərəfdarı olmaqla, həm də öz müstəqilliyinin, suverenliyinin yeni səviyyəsinə qalxacaq”, - deyə Paşinyan qeyd edib.
Daşqın HəsənovMissiya.Az