BAKI, 27 oktyabr. TELEQRAF
Ermənistan ordusunun beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda yerinə yetirəcəyi heç bir tapşırıq yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə 2026-cı il dövlət büdcəsinin ilkin müzakirəsi zamanı bildirib.
Nikol Paşinyan vurğulayıb ki, hökumət döyüş qabiliyyətli ordu anlayışını müdafiə qabiliyyətli ordu ifadəsi ilə əvəz etmək niyyətindədir:
"Bizim üçün əsas məqsəd ordunun ölkənin ərazi bütövlüyünü, suverenliyini və vətəndaşların təhlükəsizliyini qorumaq bacarığında olmasıdır. Döyüş qabiliyyətli anlayışı harada və kimə qarşı döyüşdən bəhs etmir, lakin müdafiə qabiliyyətli anlayışı ordunun öz torpaqlarını qorumağa yönəldiyini göstərir".