BAKI, 27 oktyabr. TELEQRAF
"Qadın onkoloji xəstəlikləri arasında süd vəzi xərçəngi birinci yeri tutur".
Teleqraf xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov "Xərçəngdən güclüsən” adlı tədbirdə deyib.
O bildirib ki, hər il minlərlə qadın bu xəstəlikdən əziyyət çəkir.
"Qadımlar vaxtında müalicəyə cəlb olunduqda müalicədən sonra 5 illik yaşama şansı 90%-dir. 40-69 yaş arası qadınlar hər iki ildən bir müayinədən keçməlidir. TƏBİB tərəfindən 2 monoqrafiya vasitəsilə bu müayinələr aparılır. Vaxtında aşkar edilən xəstəliyin nəticəsi gözəl olar. Tibb sistemi tərəfindən bu məsələyə baxsaq, vaxtında aşkar olunan patologiyanın müalicəsi də daha asan olur", - o əlavə edib.