Bakı.Trend:
Qadınlar arasında süd vəzi xərçəngi birinci yer tutur. Dünyada 8qadından biri bu xəstəlikdən əziyyət çəkir.
Trend xəbərverir ki, bu fikirləri TƏBİB-in təşkilatçılığı ilə keçirilən“Xərçəngdən güclüsən” tədbirində qurumun icraçı direktor müaviniAnar İsrafilov deyib.
O vurğulayıb ki, erkən aşkarlanma aparılarsa ÜST-ün verdiyiməlumata əsasən, düzgün müalicə ilə süd vəzi xərçəngindən sonraqadınların yaşama şansı 90-95% olur:
“TƏBİB tərəfindən ölkəmizin regionlarında da bu istiqamətdəmübarizə aparılır. Nəticələr də ilin sonunda açıqlanacaq”.
A.İsrafilov həmçinin deyib ki, 40-69 yaş arası qadınlar 2 ildəbir dəfə xərçəngə qarşı müayinədən keçməlidirlər.