AZ

İranda futbol qalmaqalı: Kapitan öz qapıçısına hücum etdi

Ajans.az xəbər verir ki,bu barədə məlumatı “Azad İran” Telegram kanalı yayıb. Hadisə yüzlərlə azarkeşin gözü qarşısında baş verib və stadion kameraları tərəfindən lentə alınıb. Videoda kapitanın qışqıraraq qapıçısına “Əgər qapıçı ola bilmirsənsə, meydanı tərk et! Mən özüm qapıda dayanacağam!” — dediyi eşidilir. Stadionun təhlükəsizlik xidmətinin müdaxilə etməməsi futbol ictimaiyyətində ciddi narazılıq yaradıb. Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra istifadəçilər təşkilatçıları səhlənkarlıqda və oyunçular üçün təhlükəsizlik tədbirlərinin təmin edilməməsində günahlandırıblar.

 

Seçilən
46
Ajans.az

1Mənbələr