AZ

Avtomobil oğurluğu ilə məşğul olan dəstə SAXLANILDI – VİDEO

Tbilisidə avtomobil oğurluğu ilə məşğul olan dəstə saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

Gürcüstan Daxili İşlər Nazirliyi avtomobil oğurluğunda şübhəli bilinən 19-23 yaşlı beş nəfəri saxlayıb.

Onların oktyabr ayında Köhnə Tbilisi, Vake-Saburtalo və Didube-Çuqureti rayonlarında 43 avtomobilin şüşəsini sındıraraq şəxsi əşyalar və pul oğurladıqları müəyyən edilib.

Şübhəliləri 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
20
interpress.az

1Mənbələr