2025-ci ilin yanvar-sentyabr ayları ərzində (cari ilin 9 ayında) Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən 1 milyard 157 milyon 254 min manat sığorta haqları hesablanıb.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.
Hesablanmış sığorta haqları 2024-cü ilin eyni dövrü ilə müqayisədə 133 milyon 547 min manat və ya 13% çoxdur. 2024-cü ilin 9 ayında sığorta şirkətləri tərəfindən 1 milyard 23 milyon 707 min manat sığorta haqları hesablanmışdı.
Cari ilin 9 ayı ərzində sığorta ödənişləri isə 130 milyon 150 min manat və ya 23,5%artaraq 683 milyon 896 min manat təşkil edib. Ötən ilin 9 ayında sığorta ödənişləri 553 milyon 746 min manat təşkil etmişdi.
Beləliklə, sığorta bazarında xalis artım 3 milyon 397 min manat olub.
 
                        