ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Pakistan qoşunları Qəzzada yerləşdirilən beynəlxalq sabitləşdirmə qüvvələrinə daxil ola bilər.
Bizimyol.info xəbər verir ki, "Ynet"in verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Nazirliyinin nümayəndələri Knesset Xarici İşlər və Müdafiə Komitəsinin üzvləri üçün qapalı brifinqdə bildiriblər.
Mənbələrə görə, Pakistanla yanaşı, İndoneziya və Azərbaycan qoşunlarının da sülhməramlı missiyada iştirakı gözlənilir.
İndoneziya artıq əməliyyata öz qüvvələrini göndərməyi açıq şəkildə təklif edib və medianın məlumatına görə, Azərbaycan rəsmiləri əsgər göndərmək istədiklərini təsdiqləyiblər.
Pakistanın beynəlxalq kontingentdə iştirakı ilə bağlı əvvəllər heç bir məlumat verilməyib.
Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.