AZ

Tramp: Rusiya aktivlərinin istifadəsi ilə bağlı müzakirələrə qarışmıram...

ABŞ prezidenti dondurulmuş rus vəsaitlərinin Ukrayna müdafiəsinə yönəldilməsi məsələsini Avropanın qərarına buraxıb...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərindən Ukraynanın müdafiə xərclərinin ödənilməsi üçün istifadə etməsi ilə bağlı suala cavab verərkən bildirib ki, bu məsələyə qarışmaq niyyətində deyil.

Jurnalistin “Aİ Rusiya aktivlərindən Ukraynaya yardım məqsədilə istifadə etməlidirmi?” sualına Tramp belə cavab verib.

“Bilmirəm. Aİ-yə soruşun. Mən bu işə qarışmıram. Bu, onların qərarıdır”, deyə ABŞ prezidenti vurğulayıb.

Trampdan həmçinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin gündəmdə olub-olmadığı soruşulub. Prezident sualı qısa cavabla yekunlaşdırıb.

“Tezliklə öyrənəcəksiniz”, deyə ABŞ prezidenti qeyd edib.

Ekspertlərin fikrincə, Trampın bu açıqlaması Vaşinqtonun Ukrayna məsələsində Avropanın daha çox məsuliyyət daşımalı olduğu yönündəki siyasət xəttinə uyğun gəlir. ABŞ administrasiyası son aylarda Avropa İttifaqını müdafiə və maliyyə sahələrində daha aktiv mövqe tutmağa çağırır.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr