AZ

AZPROMO Astanada bir sıra sənədlər imzalayıb (FOTO)

Bakı. Trend:

Astana şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın vəİnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və QazaxıstanınTicarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı iləkeçirilən Qazaxıstan-Azərbaycan biznes forumu çərçivəsində AZPROMOvə bir sıra şirkətlər arasında üç sənəd imzalanıb. İmzalanansənədlər tərəflər arasında investisiya və sənaye sahələrindəəməkdaşlığın dərinləşdirilməsini, eləcə də birgə layihələrin həyatakeçirilməsini nəzərdə tutur.

Bu barədə Trend-ə AZPROMO-dan məlumat verilib.

Belə ki, AZPROMO və Qazaxıstanın “QazTrade” Ticarət Siyasətininİnkişafı Mərkəzi arasında imzalanan anlaşma memorandumunun məqsədiqurumlar arasında investisiya təşəbbüslərini genişləndirmək, biznesdairələri arasında qarşılıqlı əlaqələri gücləndirməkdir.

Bundan başqa, “Alakol” sağlamlıq-istirahət kompleksininyaradılmasına dair üçtərəfli anlaşma memorandumu AZPROMO,Qazaxıstanın “Damu” Sahibkarlığın İnkişafı Fondu və Qazaxıstanın“Alakol Medical Tourism” şirkəti arasında imzalanıb. Sənəd Alakolgölünün sahilində turizm və sağlamlıq infrastrukturununtəkmilləşdirilməsi, ekoloji dayanıqlığın təmin edilməsi və regionuninvestisiya cəlbediciliyinin artırılmasını nəzərdə tutur.

Daha bir sənəd AZPROMO, “Damu” Sahibkarlığın İnkişafı Fondu vəQazaxıstanın “Continent Solutions” şirkəti arasında imzalanıb.Sənəd çərçivəsində Almatı şəhərinin infrastrukturunda və yaşayışsahələrində tətbiq ediləcək müasir, enerji qənaətli işıqlandırmasistemlərinin istehsalı və bu istiqamətdə əməkdaşlığın inkişafıplanlaşdırılır.

Qeyd edək ki, ümumiyyətlə, biznes forum çərçivəsində Azərbaycanvə Qazaxıstanın dövlət qurumları və şirkətləri arasında suehtiyatlarının idarə olunmasının rəqəmsallaşdırılması, sənayeistehsalı, qarşılıqlı investisiyaların təşviqi, şəhərinfrastrukturunun inkişafı, Astanada “KOB evi” modelinə əsaslananmərkəzin yaradılması, ticarət, səhiyyə və təhsil sahələrini əhatəedən 16 sənəd imzalanıb.

AZPROMO
AZPROMO
AZPROMO
Məqalədə:
Seçilən
22
1
az.trend.az

2Mənbələr