AZ

Qarayusifli faciəsinin beşinci ilində faciə qurbanları anıldı - FOTO

BƏRDƏ, 27 oktyabr. TELEQRAF

Qarayusifli faciəsinin beşinci ilində faciə qurbanları anılıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 44 günlük Vətən müharibəsinin 31-ci günü, 27 oktyabr 2020-ci il Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından beş il ötür.

Ermənistan Silahlı qüvvələrinin Bərdənin Qarayusifli kəndini "Smerç" raketləri ilə atəşə tutması nəticəsində 5 kənd sakini şəhid olub:

1970-ci il təvəllüdlü Cəfərova Ofeliya Məcid qızı,

1959-cu il təvəllüdlü Əhmədova Aybəniz Əşrəf qızı,

1980-ci il təvəllüdlü İsmayılov Ehtiram Xəlil oğlu,

1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı,

2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı.

Bu gün şəhid olan dinc sakinlərin xatirəsi anılıb. Kənddə onların xatirəsinə ucaldılan abidə kompleksi ziyarət edilib. Eyni zamanda şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb.

Qeyd edək ki, Ermənistan ordusunun raket hücumu nəticəsində 5 nəfər şəhid olub, 14 nəfər yaralanıb,yaşayış evlərinə ciddi ziyan dəyib.

Seçilən
37
teleqraf.com

1Mənbələr