26.10.2025-ci il tarixində saat 23:00 radələrində xəsarət alması səbəbilə 1986-cı il təvəllüdlü (kişi) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən NOCOMMENT.az-a verilən məlumata görə, ona sarğı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.
Pasiyentə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
***
22:50
Tovuzda bıçaqlanma olub.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisində yerləşən kafelərin birində baş verib.
Belə ki orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.