AZ

"Biz bağışlamağı, əl uzatmağı bacarırıq - bu, qürur duyulası bir xüsusiyyətdir" Ayaz Salayev "Tofiq Abbasovla Dialoq" verilişində - FOTO - VİDEO

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla Dialoq" adlı analitik video-layihənin yeni buraxılışı yayımlanıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, verilişin bu buraxılışının qonağı Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, kinoşünas, rejissor, ssenarist, pedaqoq, televiziya aparıcısı və aktyor Ayaz Salayev olub.

Söhbətdə Cənubi Qafqaz regionunda baş verən dərin proseslərə - xalqlar arasında etimaddan tutmuş tarixi illüziyalara və sülhə doğru aparan çətin yola qədər olan mövzulara toxunulub.

Ayaz Salayev qeyd edib ki, Qafqaz öz inkişafının yeni mərhələsinə qədəm qoyur:

"Biz sülhə doğru irəliləyirik, ətrafda inteqrasiya prosesləri gedir, lakin hələ də müəyyən gərginlik ocaqları qalır. Azərbaycan bu gərginliyin azalmasına nail olub".

O vurğulayıb ki, dayanıqlı sülhün əsas elementi etimaddır:

"Etimad olmadan nə dialoq mümkündür, nə də nəticə. Bu, ən çətindir".

Ayaz Salayevin sözlərinə görə, dayanıqlı sülh üçün yalnız diplomatik yaxınlaşma deyil, həm də tarixin yenidən dərk olunması, keçmiş ideologiyalardan azad olunma vacibdir. Əməkdar incəsənət xadimi bildirib ki, Azərbaycan hər zaman dözümlülük və açıqlıq nümayiş etdirib:

"Azərbaycanda istənilən dinə etiqad edilir, hər bir insan özünü rahat hiss edir. Biz bağışlamağı, əl uzatmağı bacarırıq- bu, qürur duyulası bir xüsusiyyətdir".

Trend verilişin tam videosunu təqdim edir:

Seçilən
6
2
day.az

3Mənbələr