AZ

Amerikaya məxsus helikopter və qırıcı təyyarə qəzaya uğradı

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter və qırıcı təyyarəsi oktyabrın 26-da Cənubi Çin dənizi üzərində qəzaya uğrayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Sakit Okean Donanmasının “Facebook” səhifəsində məlumat paylaşılıb.

Məlumata görə, yerli vaxtla təxminən saat 14:45-də Nimitz aviavdaşıyıcı gəmisindən qalxan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60R Sea Hawk vertolyotu plana uyğun əməliyyatlar apararkən Cənubi Çin dənizinin sularında qəzaya uğrayıb. Axtarış-xilasetmə əməliyyatı nəticəsində hər üç ekipaj üzvü uğurla xilas edilib.

Bu insidentdən sonra saat 15:15-də “Fighting Redcocks”a məxsus F/A-18F Super Hornet təyyarəsi də Nimitz aviadaşıyıcı gəmisindən qalxaraq adi əməliyyatlar apararkən Cənubi Çin dənizində qəzaya uğrayıb. Hər iki ekipaj üzvü axtarış-xilasetmə qüvvələri tərəfindən xilas edilib.

ABŞ Sakit Okean Donanması bildirir ki, insidentdə iştirak edən bütün tərəflər təhlükəsizlikdə və stabil vəziyyətdədir, hazırda hər iki insidentin səbəbi araşdırılır.

Xatirə SADİQ

Seçilən
38
nocomment.az

1Mənbələr