AZ

EGE Universitetində II Beynəlxalq Asiya İntibah Simpoziumu keçirilib

ain.az, 525.az portalına istinadən məlumat verir.

Oktyabrın 23-24-də Türkiyənin İzmir şəhərində, EGE Universitetində II Beynəlxalq Asiya İntibahı Simpoziumu keçirilib.

525.az xəbər verir ki, tədbir Avropa İttifaqının Türk Dünyası Araşdırmaları İnstitutunun koordinasiyası, Türkiyənin EGE Universiteti, Qazaxıstanın Əl-Farabi adına Qazax Milli Universiteti və Azərbaycan Elm və Təhsil Nazirliyinin (ETN) İqtisadiyyat İnstitutunun birgə təşkilatçılğı ilə baş tutub. 

Simpoziumun açılış mərasimində Türk Dünyası Araşdırmaları İnstitutunun Sosial, iqtisadi və siyasi əlaqələr departamentinin müəllimi, simpoziumun Təşkilat Komitəsinin rəhbəri professor Hamit Özman, Türk Dünyası Araşdırmaları İnstitutunun Türk Folkloru şöbəsinin müəllimi, prof. Pınar Fedakar, Türk Dünyası Araşdırmaları İnstitutunun direktoru Abdullaf Tex, Əl-Farabi adına Qazax Milli Universitetinin professoru Qaliya Dauliyeva, Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun qurucu direktoru, prof. Fikrət Türkmen çıxış ediblər. Habelə tədbirdə Azərbaycan Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin videomüraciəti dinlənilib. 

Azərbaycandan tədbirə ETN İqtisadiyyat İnstitutunun bir qrup nümayəndə heyəti – baş menecer Şakir Alıyev, professor Fuad Qənbərov, dosentlər Allahyar Muradov və Famil Rüstəmov qatılıblar. F.Qənbərov, A.Muradov və F.Rüstəmov simpoziumun bölmə iclaslarında çıxış ediblər, Ş.Alıyev bölmə iclaslarından birinə sədrlik edib. 

II Beynəlxalq Asiya İntibahı Simpoziumunun bölmə iclaslarına Azərbaycandan da tədqiqatçılar qatılıblar. ETN İqtisadiyyat İnstitutunun əməkdaşları – professor Rəsmiyyə Abdullayeva, dosent Mahir Zeynalov, dos. Pərviz Həsənov və dos. Tariyel Qurbanov simpoziumun bölmə iclaslarına moderatorluq ediblər, maraqlı məruzələr dinlənilib, müzakirələr aparılıb. İqtisadiyyat İnstitutunun tədqiqatçıları – prof. Gülşən Yüzbaşıyeva, Yaşar Məmmədov, aparıcı elmi işçilər Vəfa Həşimova, Tanrıverdi Paşa, gənc tədqiqatçı Hülya Nəbiyeva və digərləri müxtəlif elmi  mövzularda məruzə ilə çıxış ediblər. 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
525.az

1Mənbələr