AZ

NBA-da daha yeddi oyun keçirilib

Bakı, 27 oktyabr, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, ötən gecə yeddi qarşılaşma baş tutub.

“Los-Anceles Leykers” səfərdə "Sakramento"nu 127:120 hesabı ilə məğlub edib. Qalib komandanın heyətində Ostin Rivz 51 xal, 11 ribaund və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Meydan sahiblərində isə Zak Lavin 32 xalla fərqlənib.

Bu nəticədən sonra “Los Anceles Leykers” Qərb Konfransının turnir cədvəlində 5-ci, “Sakramento” isə 12-ci pillədə yer alıb.

Digər matçların nəticələri

"Vaşinqton Vizards" - "Şarlot Hornets" – 113:139

"Mayami Hit" - “Nyu-York Niks” – 115:107

“Dallas” - "Toronto Reptors” – 139:129

“Sakramento" - “Los-Anceles Leykers” – 120:127

“ Klivlend Kavalyers" - “Miluoki Buks” – 118:113

“Minnesota" - " İndiana Peysers" – 114:110

“Los-Anceles Klippers” - “Portland Treil Blazers” – 114:107.

 

Seçilən
16
1
azertag.az

2Mənbələr