AZ

Ermənistan Azərbaycana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır

Ermənistan Azərbaycana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır.

Yenisabah.az armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Ermənistan da Azərbaycana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldıracaq”, - deyə Ermənistanın baş naziri Azərbaycan prezidentinin Azərbaycanın Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırması ilə bağlı əvvəlki bəyanatına istinad edib. Dominos pizza

Qazaxıstan buğdasının bir partiyasının Azərbaycan vasitəsilə Ermənistana tranzitindən danışan baş nazir onun Ermənistana dəmir yolu ilə çatdırılacağını açıqlayıb:

"Bu, Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu marşrutu ilə həyata keçiriləcək".

Xatırlatma: Oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan öz ərazisindən Ermənistana yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb.

"Qeyd etmək istərdim ki, Azərbaycan Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb. İlk belə tranzit Qazaxıstan buğdasının Ermənistana daşınması olacaq. Hesab edirəm ki, bu, həm də yaxşı göstəricidir ki, Azərbaycan və Ermənistan arasında sülh artıq kağız üzərində deyil, əməli ifadəyə malikdir", - İlham Əliyev Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə birgə mətbuat konfransında deyib.

Daha sonra Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan bəyan edib ki, Ermənistan Azərbaycan prezidentinin Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmaq barədə bəyanatını alqışlayır.

Ermənistan Respublikasının iqtisadiyyat naziri Gevorq Papoyan isə qeyd edib ki, buğdanın ilk partiyası tezliklə Qazaxıstandan Azərbaycan ərazisindən keçməklə Ermənistana gələcək. 


Telegram kanalımız
Seçilən
53
yenisabah.az

1Mənbələr