AZ

Makronun arvadına transgender deyənlər məhkəmə qarşısına çıxacaq

Oktyabrın 27-də Paris məhkəməsi Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronu transgender olmaqda ittiham edən 10 nəfərə hökm oxuyacaq.

Missiya.Az xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.

Bildirilib ki, onlar Fransanın birinci xanımının cinsi kimliyini və cinsi oriyentasiyasını şübhə altına alan onlayn bəyanatlar verməkdə ittiham olunurlar. Həmin açıqlamalarda onlar hətta ərindən 24 yaş böyük Bricit Makronu “pedofiliya” kimi qələmə veriblər.

Qeyd olunub ki, ittiham olunan şəxslər təqsirli bilinərsə, onları 2 ilə qədər həbs gözləyir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
14
1
missiya.az

2Mənbələr