“Bu gün qürurla deyə bilərik ki, dövlət qurumları, özəl təşkilatlar və qeyri-hökumət təşkilatları birlikdə cəmiyyətdə real fərq yaradan layihələr həyata keçirirlər”.
Redaktor.az xəbər verir ki, TƏBİB-in təşkilatçılığı ilə “Xərçəngdən Güclüsən” adlı tədbirdə TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmli qeyd etdi.
Onun sözlərinə görə, TƏBİB eyni zamanda Azərbaycan Respublikasının 2022–2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyasında, həmçinin 2025–2027-ci illər üçün müəyyən edilmiş strateji hədəflərdə qeyri-infeksion xəstəliklərin profilaktikasını əsas istiqamətlərdən biri kimi müəyyən edib:
“Bu məqsədlə biz də öz tərəfdaşlarımızla birgə müvafiq layihələri hazırlayıb həyata keçirməyə başlamışıq”.
Nuriyyə NATİQQIZI