AZ

TƏBİB-in yeni layihəsi istifadəyə veriləcək

“Dünənə qədər bu kimi layihələr özəl sektorda olsa da, hazırda qürurla deyə bilərik ki, dövlət qeyri-hökumət sektorunda da bu kimi layihələrə geniş yer verilib”.Metbuat.az-ın məlumatına görə, bu sözləri onkoloq həkim Nərmin Axundova “Fərqində ol: Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı” adlı tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, TƏBİB-in 2025-2027-ci illəri əhatə edən strateji layihələrindən biri də qeyri-infeksion xəstəliklərə dair layihələrin həyata keçirilməsidir. O, artıq bu çərçivədə əldə edilən nəticələri açıqlayıb.“22 regionda 3 mindən çox qadını bu müayinələrə cəlb etmişik. Bu məqsədlə biz xüsusi bir platforma yaratmışıq. Burada özəl və dövlət sektoru bir amal ətrafında birləşəcək. "İdeya Hovuzu" adlanan layihə tezliklə istifadəyə veriləcək. Bu platformada birgə tərəfdaşlıq imkanları daha geniş şəkildə icra ediləcək”.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
22
1
metbuat.az

2Mənbələr