Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Türkiyədə məhkəmənin CHP-nin 38-ci Qurultayı və 21-ci Fövqəladə Qurultayının ləğvi ilə bağlı iddianı rədd etməsindən sonra diqqətlər partiyanın sabiq sədri Kamal Kılıçdaroğluna yönəlib.
Məhkəmə qərarından sonra Kılıçdaroğlunun yenidən partiyanın rəhbərliyinə qayıda biləcəyi barədə fikirlər səslənsə də, daha maraqlı iddia gündəmə gəlib.
Belə ki, jurnalist Sinan Burhanın məlumatına görə, CHP daxilində Kılıçdaroğlunu dəstəkləyən bəzi il və rayon rəhbərləri, eləcə də deputatlar yol ayrımına gəliblər. Onların bir qrupunun yeni partiya qurmaq təklifini Kılıçdaroğluna təqdim edəcəkləri iddia olunub.
Kamal Kılıçdaroğlu bu iddialara ilk dəfə münasibət bildirib.
O, açıqlamasında yeni partiya quracağı barədə yayılan xəbərləri qəti şəkildə təkzib edərək bunun tamamilə yalan olduğunu deyib.
Kılıçdaroğlu bu barədə əlavə heç bir şərh verməyib.
"AzPolitika.info"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.