AZ

Paşinyan: "Sülhün qayğısına qalmalıyıq"

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Milli Məclisində "2026-cı ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi əsnasında dilə gətirib. O vurğulayıb ki, Ermənistan öz müstəqilliyinin ilk günündən bəri münaqişə vəziyyətində qaldığı üçün "sülh məfhumunu tanımaqda çətinlik çəkir".

"Doğrudur, sülh şəraitində yaşamaq, sülh şəraitinə uyğun düşüncəyə və rəftar yiyələnmək asan məsələ deyil. Bu işə çox diqqətlə yanaşmalı, sülhə qayğı göstərməli, onu daha da gücləndirib institusional hala gətirmək üçün qorumalıyıq",– Baş nazir söyləyib.

Nikol Paşinyan bildirib ki, rəsmi Bakı ilə sülh prosesi üzrə mütəamdi iş aparılmaqdadır.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh sazişi paraflanıb, eyni zamanda, sülh bəyannaməsi imzalanıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
21
2
azvision.az

3Mənbələr