BAKI, 27 oktyabr. TELEQRAF
İspaniya "Real Madrid"inin baş məşqçisi Xabi Alonso yeni nailiyyətə imza atıb.
Teleqraf "Opta"ya istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssisin rəhbərlik etdiyi komanda ötən gün "Barselona"ya (2:1) qarşı oyunda qapıya 23 zərbə endirib.
Bu, 2003/04 mövsümündən bəri "El-Klassiko" tarixinin rekordudur.
Əvvəlki rekord "Barselona"nın keçmiş məşqçisi Frank Raykarda məxsus idi. Katalonlar niderlandlı mütəxəssisin debüt matçında "kral klubu"nun qapısına 21 zərbə vurub.
Qeyd edək ki, Xabi Alonso iyunda Karlo Ançelottini əvəz edib. Madrid təmsilçisi hazırda 27 xalla La Liqanın turnir cədvəlinə liderlik edir.