AZ

Paşinyan: “İlham Əliyev tarixi qərarlar verib”

AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri belə bəyanatla çıxış edib. Onun sözlərinə görə, Qazaxıstandan Azərbaycan üzərindən Ermənistana taxılın ilk daşınması Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu marşrutu ilə həyata keçiriləcək.

“İrəvan bu gündən etibarən yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranzitini təmin etməyə hazırdır. Yük maşınınlarının keşməsi üçün biz Marqara-Yeheqnadzor-Sisya-Gorus yolunu təklif edirik. Hazırda Ermənistan tərəfinin həyata keçirə biləcəyi yeganə variant budur”,- Ermənistanın baş naziri parlamentdə büdcə dinləmələrində deyib.

Azərbaycan Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb
Paşinyan, həmçinin son 20 ayda Ermənistan-Azərbaycan sərhədində atışma nəticəsində bir nəfər hərbçinin də həlak olmadığın diqqət çəkib.

Xatırladaq ki, ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata birgə açıqlaması zamanı Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğal dövründən bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını diqqətə çatdırıb.

İlham Əliyevə təşəkkürünü bildirən Nikol Paşinyan, öz növbəsində, Ermənistanın Azərbaycanla Türkiyə arasında tranziti açmağa hazır olduğunu açıqlayıb.

Yeri gəlmişkən, Rusiya baş nazirinin müavini Aleksey Overçuk bir neçə gün əvvəl bildirib ki, Bakı Rusiya məhsullarının Ermənistana tranziti üçün Azərbaycan dəmir yollarından istifadə olunmasının mümkünlüyünü təsdiqləyib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
42
1
azvision.az

2Mənbələr