AZ

Avropa komissarından sensasion çağırış: İsraildə hakimiyyət dəyişməlidir, yoxsa...

Böhranların İdarə Edilməsi üzrə Avropa Komissarı Aca Lyabib hesab edir ki, Qəzza zolağında davamlı sülhün bərqərar olması üçün İsrail rəhbərliyində dəyişiklik zəruri ola bilər.

Publika.az xəbər verir ki, o, bu barədə Avropanın “Politico” nəşrinə müsahibəsində bildirib.

Belçikalı Avropa komissarı hesab edir ki, uzunmüddətli sülhün əldə edilməsinə yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu və onun kabinetinə istinad edən “iki dövlətli həll haqqında eşitmək belə istəməyən ekstremistlər” əngəl törədir.

“Bəzən dövlət başçısı olan məsul şəxsdən çox qəbuledilməz şeylər eşidirik”, - o qeyd edib. Lyabib həmçinin Netanyahunun hətta sülh nizamlanmasında maraqlı olduğuna şübhə etdiyini bildirib.

Seçilən
29
publika.az

1Mənbələr