Bakı. Trend:
Bu ilin 3-cü rübündə Azərbaycan üzrə təbii qaz ixracı 6,3milyard kubmetr, istehlakı isə 2,4 milyard kubmetr olub.
Bu barədə Trend Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR)istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə təbii qazixracında 8,7% artım qeydə alınıb.
"Cari ilin üçüncü rübündə SOCAR tərəfindən 1,7 milyon ton neft,760 milyon kubmetr qaz emal edilib. SOCAR-ın Azərbaycandakımüəssisələrində istehsal olunan 639,2 min ton neft, neft-kimya vəqaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. Neft,neft-kimya və qaz-kimya məhsullarının ixracında 2,7% artım qeydəalınıb", - məlumatda qeyd edilib.