GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Cənubi Koreyanın əfsanəvi qrupu BTS karyeralarının ən böyük turnesinə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
“Bu, qrupun 2019-cu ildən bəri ilk tam turu olacaq. BTS-in üzvləri məcburi hərbi xidmətini yerinə yetirmək üçün fasilə verməyə məcbur olmuşdular. Bununla belə, “Big Hit Music”in nümayəndələri qeyd edirlər ki, turun yekun təfərrüatları və əhatə dairəsi hələ də müzakirə olunur və rəsmi olaraq təsdiqlənməyib. İnsayderlər həmçinin bildirirlər ki, BTS son aylarda yeni albom üzərində fəal işləyir”, – deyə qeyd olunub.
Albomun 2026-cı ilin mart ayının sonlarında çıxacağı gözlənilir.
Qeyd edək ki, BTS qrupunun dünyada, eləcə də Azərbaycanda milyonlarla sevənləri var.
Günel Cəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.