Bakı. Trend:
Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal Hava Limanı KarbonAkkreditasiyası (Airport Carbon Accreditation – ACA) proqramıçərçivəsində 3-cü səviyyə üzrə akkreditasiya əldə edib.
Bu nailiyyət hava limanının karbon emissiyalarının idarəedilməsi, azaldılması və tərəfdaşlarla birgə fəaliyyət çərçivəsindədavamlı nəticələr əldə etməsi baxımından beynəlxalq səviyyədətanınmasını ifadə edir.
ACA proqramı, Beynəlxalq Hava Limanları Şurası (Airports CouncilInternational – ACI) tərəfindən təsis edilmiş və hava limanlarınınkarbon emissiyalarının idarə olunması üzrə fəaliyyətiniqiymətləndirən yeganə beynəlxalq akkreditasiya sistemidir. Proqrammüstəqil auditlər əsasında həyata keçirilir və hava limanlarınınenerji səmərəliliyi, əməliyyat məsuliyyəti və emissiya azaldılmasıüzrə nəticələrini təsdiqləyir.
Heydər Əliyev Beynəlxalq Aeroportu bu uğuru “Yaşıl Hava Limanı”təşəbbüsləri və beynəlxalq standartlara əsaslanan Ətraf Mühit vəEnerji İdarəetmə sistemlərinin tətbiqi ilə möhkəmləndirib. Havalimanı artıq “ISO 14001:2015” (Ətraf Mühitin İdarəolunması Sistemi)və “ISO 50001: 2018” (Enerji İdarəetmə Sistemi) üzrə beynəlxalqsertifikatlara sahibdir. Bu, ekoloji məsuliyyətin institusionalsəviyyədə təmin edildiyini göstərir.
“Bu uğur təkcə texniki mərhələ deyil, daha məsuliyyətli vədayanıqlı hava limanı modeli yaratmaq yolunda strateji addımdır.Biz dayanıqlığı artıq hesabat göstəricisi kimi deyil, fəaliyyətfəlsəfəsi kimi qəbul edirik. Hər bir əməliyyat qərarımızınmərkəzində enerji səmərəliliyi və ekoloji məsuliyyət prinsipləridayanır”, – deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoruTeymur Həsənov bildirib.
“ACI EUROPE”un baş direktoru Olivye Yankovets isə qeyd edib:“Heydər Əliyev Beynəlxalq Aeroportunu hava limanları üçünqlobal karbon idarəçiliyi proqramına qoşulduqdan cəmi bir il sonra3-cü səviyyəyə yüksəlməsi münasibətilə təbrik edirik. Azərbaycanınən işlək hava limanı kimi, o öz subregionunda karbon idarəçiliyisahəsində lider mövqedədir və aviaşirkətləri, yerüstü xidmətləri vədigər tərəfdaş qurumları emissiyaların azaldılması istiqamətindəfəal şəkildə cəlb edir. Bu uğura görə bütün komandanı təbrik edirəmvə onlarla sıfır emissiya məqsədinə doğru daha çox nailiyyətləribirlikdə qeyd etməyi səbirsizliklə gözləyirəm”.
3-cü səviyyə hava limanının yalnız öz əməliyyatları çərçivəsindədeyil, həm də yerüstü xidmətlər və nəqliyyat kimi əlaqəlitərəfdaşlarla birlikdə karbon emissiyalarının idarə edilməsiniəhatə edir. Bu uğurla Heydər Əliyev Beynəlxalq Aeroportu Xəzəryanıregion və Mərkəzi Asiyada bu səviyyəyə yüksələn ilk hava limanıolub.
Hazırda 91 ölkədə 614 hava limanı ACA proqramı çərçivəsindəakkreditasiyadan keçib. Bu hava limanları qlobal sərnişin axınınınyarıdan çoxuna xidmət göstərir. Heydər Əliyev BeynəlxalqAeroportunun bu nüfuzlu siyahıya qoşulması onun beynəlxalq ekolojiöhdəliklərə sadiqliyini və dayanıqlı inkişafda dünya standartlarınauyğun fəaliyyətini bir daha təsdiqləyir.
Hava limanı bu uğuru “Daha Yaşıl Gələcək üçün Birlikdə”(Together for a Greener Future) sloqanı altında birgə məsuliyyət vəəməkdaşlıq mədəniyyətinin nəticəsi kimi təqdim edir. Gələcəkmərhələlərdə də “Yaşıl Hava Limanı” təşəbbüsləri və ESGstrategiyası çərçivəsində fəaliyyətlər davam etdiriləcək.
Məlumat üçün:
“Airport Carbon Accreditation (ACA)” – “ACI” tərəfindən təsisedilmiş yeganə qlobal proqramdır.
O, hava limanlarını karbon emissiyalarının idarə edilməsi üzrəfəaliyyətlərinə əsasən akkreditasiyadan keçirir.
Proqram aşağıdakı mərhələlərdən ibarətdir:
Level 1, Level 2, Level 3, Level 3+, Level 4, Level 4+, və Level5.