Airbus, Leonardo və Thales yeni peyk internet şəbəkəsi yaratmaq üçün birləşir...
Avropanın üç aparıcı aerokosmik və müdafiə şirkətləri Airbus, Leonardo və Thales milyarder İlon Maskın Starlink layihəsinə rəqib olacaq yeni avropa peyk internet sisteminin yaradılması məqsədilə strateji tərəfdaşlıq elan edib.
Poliqon xəbər verir ki, bu barədə “Semafor” nəşri məlumat yayıb.
Yeni təşəbbüsün məqsədi Avropanın müstəqil kosmik və texnoloji infrastrukturunu gücləndirmək, həmçinin ABŞ-ın Starlink şəbəkəsindən asanlıqla asılı vəziyyətdə qalmasının qarşısını almaqdır. Layihə çərçivəsində yüksək sürətli peyk internetinin hərbi, hökumət və kommersiya sahələrində istifadəsi planlaşdırılır.
Ekspertlərin fikrincə, bu əməkdaşlıq “Avropanın texnoloji suverenliyinin bərpası istiqamətində ilk real addım” hesab olunur. CNBC-yə açıqlama verən analitik qeyd edib ki, bu addım “Tramp administrasiyasının ikinci müddətinin başlanğıcından bəri Avropanın texnoloji azadlığını qorumağa yönəlmiş ən mühüm strategiyalardan biridir”.
Avropa İttifaqı son aylarda kosmik rabitə və peyk texnologiyalarına böyük sərmayələr yönəldir. İttifaq rəsmiləri bildirirlər ki, yeni layihə “Starlink-in qlobal hegemonluğunu balanslaşdıracaq” və Avropa ordularına daha təhlükəsiz və müstəqil rabitə imkanı yaradacaq.
Poliqon.info