“Real”ın braziliyalı vingeri Vinisius Junior mövsümün ilk “El Klasiko”sunda (2:1) qələbədən sonra “Barselona”nın gənc futbolçusu Lamin Yamalı “cəzalandırmaq” istəyib.
Publika.az xəbər verir ki, Vinisius və ümumilikdə madridlilər matçdan öncə Yamalın “Real” barədə dediyi yüksək tonda və təhqiramiz sözlərə görə narazılığını açıq şəkildə ifadə ediblər.
Qarşıdurma oyundan sonra baş verib. Vinisius Yamalın “çox danışdığını” vurğulayıb və matç zamanı da onu tənqid edib:
“Çox danışırsan. Daim meydandan kənarda danışırsan, həmişə meydandan kənarda”, - deyə braziliyalı ona səslənib.