AZ

Tramp Amerikada seçki qaydalarını sərtləşdirir

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp ölkədə bundan sonra keçiriləcək seçkilərdə saxtakarlığın qarşısını almaq məqsədilə “poçtla və ya erkən səsvermə” üsulunun istifadə olunmayacağını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşdığı mesajda Amerika seçki sistemində tətbiq olunan bəzi metodlara qarşı olduğunu ifadə edib.

Kaliforniya ştatında seçki bölgələrinin yenidən müəyyənləşdirilməsi ilə bağlı davam edən seçkilərin “saxtakarlıqla” aparıldığını iddia edən Tramp, “Poçtla və erkən səsverməyə yox, seçici şəxsiyyətinə bəli” ifadəsini işlədib.

Donald Tramp paylaşımında Amerika Basketbol Liqasında (NBA) qeyri-qanuni mərc qalmaqalı ilə bağlı aparılan istintaqa toxunaraq, bunu “Demokratların seçkilərdə saxtakarlıq etməsi” ilə müqayisə edib.

2020-ci il prezident seçkilərində saxtakarlıq edildiyini və səslərin oğurlandığını yenidən gündəmə gətirən ABŞ Prezidenti Tramp, bunun NBA-da yaşanan qalmaqaldan “daha böyük bir skandal” olduğunu vurğulayıb. Tramp, “Artıq hər şeyi bilirik. Ümid edirəm ki, Ədliyyə Nazirliyi Amerikanın tarixindəki ən böyük skandala uyğun bir həvəs ilə bu məsələni araşdıracaq. 

Əks halda, qarşıdan gələn aralıq seçkilər də daxil olmaqla, eyni hadisələr təkrarlanacaq” fikrini bölüşüb.ABŞ Ədliyyə Nazirliyi cümə günü verdiyi açıqlamada Kaliforniyada seçkilərin keçirildiyi 5 dairəyə seçki müşahidəçiləri göndərəcəyini bildirib.

Nazirlik bu təşəbbüsünü “şəffaflığı, səsvermə təhlükəsizliyini və federal qanunlara uyğunluğu təmin etmək” cəhdi kimi qiymətləndirib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
cebheinfo.az

2Mənbələr