AZ

ABŞ ordusu maaşsız qala bilər, utancvericidir Bessent

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Şatdaun davam edərsə, hökumət noyabrın ikinci yarısından etibarən hərbçilərin maaşlarını ödəyə bilməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.

"Biz bu ayın ortalarında hərbçilərin maaşlarını Pentaqonun ehtiyat fondundan ödəyə bildik. Düşünürəm ki, noyabrın əvvəlində yenə bunu edə biləcəyik. Amma noyabrın 15-dən sonra hərbçilərimiz həyatlarını riskə atmağa hazır olsalar da, maaşlarını ala bilməyəcəklər. Utancvericidir!", - Bessent əlavə edib.

Qeyd edək ki, büdcə ilə bağlı Demokratlar Partiyası ilə yaranmış fikir ayrılıqları səbəbindən ABŞ-da oktyabrın 1-dən şatdaun elan edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
3
axar.az

4Mənbələr