AZ

İsrail-Argentina münasibətləri: Saar prezident Mileyi təbrik etdi

İsrail Argentinayla əməkdaşlığın dərinləşəcəyini gözləyir.

İnterpress.az xəbər verir ki, İsrailin Xarici İşlər naziri Saar Argentinanın prezidenti  Xavyer Mileyi partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik məktubu göndərib.

Məktubda İsrail-Argentina münasibətlərinin dərinləşməsi gözlənildiyi bildirilib.

26 oktyabrda Argentinada parlament seçkiləri keçirilib. Səsvermənin 90%-dən çoxu hesablandıqdan sonra Mileyin “Azadlıq irəliləyir” partiyası 40%-dən çox səs toplayaraq qələbə qazanıb, həmçinin Buenos-Ayres və Kordova, Santa-Fe vilayətlərində üstünlük əldə edib.

ABŞ prezidenti Donald Tramp da argentinalı həmkarını qələbə münasibətilə təbrik edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
12
interpress.az

1Mənbələr