AZ

Azərbaycanla işi davam etdiririk - Paşinyan

Biz hər zaman təsdiq etməliyik ki, Ermənistan və Azərbaycan arasında sülh əldə edilmiş faktdır.

XəzərNews.az erməni KİV-lərinə istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 27-də Milli Assambleyada “2026-cı ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Ermənistan Respublikası sülhü bilmir, çünki o, müstəqilliyinin ilk günündən münaqişə vəziyyətindədir. Müstəqilliyə qədər olan nisbətən qısa müddətdə belə, biz mahiyyətcə münaqişəli bir mühitdə yaşayırdıq.

Sülh içində yaşamaq, sülh şərtlərinə uyğun qavrayış və düşüncəyə sahib olmaq asan bir iş deyil. Biz bu məsələyə çox diqqətlə yanaşmalıyıq və bu, sülhün qayğısına qalmaq ehtiyacının vacib tərkib hissəsidir. Biz qurulmuş sülhü bəsləməliyik ki, o, daha da möhkəmlənsin və daha institutlaşsın.

Əlbəttə, biz bu məsələnin üzərində işləyirik. Biz Azərbaycanla diplomatik kanallar vasitəsilə işi davam etdiririk. Həmçinin müxtəlif səviyyələrdə təmaslar var", - Paşinyan bildirib.

Xəbər 5 dəfə oxunub.
Seçilən
62
xezernews.az

1Mənbələr