AZ

Albaniyanın süni intellekt naziri 83 uşağa “hamilədir”

BAKI, 27 oktyabr. TELEQRAF

Albaniyanın süni intellekt əsasında yaradılmış AI naziri Diella (alban dilində “Günəş” mənasını verir) 83 uşağa “hamilədir”.

Teleqraf xəbər verir ki, bu barədə Albaniya Baş naziri Edi Rama məlumat verib.

Rama Berlin şəhərində keçirilən “Global Dialogue” (BGD) konfransında deyib:

“Diellanı bura gətirməkdə böyük riskə getdik. Çünki Diella hamilədir, onun 83 uşağı olacaq”.

Baş nazir qeyd edib ki, rəqəmsal nazirin “uşaqları” parlament üzvlərinin köməkçiləri olacaq: “Onlar parlamentdə baş verənləri izləyəcək və qanunvericiləri buraxılmış müzakirələr və hadisələr barədə məlumatlandıracaqlar”.

Qeyd edək ki, Albaniya dünyada süni intellekt nazir modeli yaradan və onu tətbiq edən ilk ölkə olub. Ramanın sözlərinə görə, bu sistemin məqsədi “100% rüşvətdən azad idarəetmə” yaratmaqdır.

Diella artıq e-Albania rəqəmsal platformasında istifadə olunur və bu platforma əksər dövlət xidmətlərinə çıxış imkanı verir. Amma Albaniya Prezidenti Bayram Beqay Ramanın təqdim etdiyi digər hökumət üzvləri arasında AI nazirini təsdiqləməyib.

Seçilən
25
teleqraf.com

1Mənbələr