AZ

Azərbaycanın əczaçılıq məhsullarının idxalına çəkdiyi xərc azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2025-ci ilin yanvar-sentyabr aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 388 milyon 963 min dollar təşkil edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 4 milyon 119 min dollar və ya 1% azdır.

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 2.32%-ni təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan 393 milyon 82 min dollar dəyərində əczaçılıq məhsulları idxal edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
31
1
banco.az

2Mənbələr