İngilis yazıçısı Aqata Kristinin ilk dərc olunmuş əsəri nəşrdən 120 il sonra London qəzetində aşkar edilib...
Poliqon xəbər verir ki, bu barədə The Times məlumat yayıb.
Qəzetin məlumatına görə, yazar bu şeiri 1905-ci ildə yerli qəzetdə dərc olunub, lakin müəllifin tərcümeyi-halındakı yanlış məlumatlar onun 120 il ərzində diqqətdən kənarda qalmasına səbəb olub.
24 sətirlik "Buxar Elektrikə Qarşı" şeirinin 8 iyul 1905-ci ildə "Ealing and Hanwell Post" qəzetində dərc olunduğu bildirilir. Nəşrə aşağıdakı sözlərlə giriş edilib: "Gənc bir müəllif ötən şənbə günü elektrik qatarlarının sıradan çıxması ilə bağlı bizə qafiyəli bir şərh göndərib".
Məlumata görə, o, "Detektivlər Kraliçası" əsəri yazarkən 11 yaşında olduğunu bildirərək yaşını səhv göstərib, əslində isə 14 yaşında olub. O, həmçinin şəhərətrafı qatarı tramvayla səhv salıb. Nəşr aydınlaşdırıb ki, Kristi tədqiqatçıları şeiri sentyabr ayında qəzet arxivlərində aşkar ediblər və bundan sonra yazıçının varisləri onun nəşrinə razılıq veriblər.
Poliqon.info