AZ

20 il əvvəl yazılmış mahnı indi mənə uğur gətirir

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımova 32 ifaçını bir araya yığaraq "Best of Aygun - Aıı stars" albomunu hazırlayıb. Albomda sənət adamları Pop kraliçanın mahnılarının səsləndirib. 

Axşam.az xəbər verir ki, sənət adamları albomla bağlı fikirlərini bölüşüblər. "Mədəni şou"ya danışan ifaçılar mahnını oxumalarından, seçimlərindən söz açıblar. 

Xalq artisti Zülfiyyə Xanbabayeva "Bunu illər əvvəl Aygünün ad gününə hədiyyə etmişdik. Hərə bir mahnı seçirdi, mən isə "Badə"ni götürdüm və "Sual" qrupu ilə oxudum. Aygün mənə albom üçün müraciət edəndə dedi ki, istəsən yenidən yazaq. Düşündüm ki, yox, elə o illərdən xatirə qalsın" sözlərini söyləyib.

"Çox mahnı araşdırdıq. Repertuarındakı çox mahnını bəyənirəm. Amma Aygün dedi ki, elə öz bəstəni oxu. Oxudum. Növbəti uğurdur... Hər mahnının öz vaxtı olub. İndi onlar birləşib, növbəti uğura imza atır" deyə, Xalq artisti Tünzalə Ağayevə əlavə edib.

Müğənni Elnarə Xəlilova isə "İllər əvvəl Aygün xanımın doğum günündə ideya müəllifi idim. Təklif etdim ki, sənət dostlarınız sizin repertuarınıza müraciət etsin. Bu, o dövrdən qalma mahnılardır. 20 il əvvəl yazılmış mahnı bu gün mənə uğur gətirir. Hansı verilişə gedirəmsə "Şəklimi çək" istəyirlər" deyə, fikirlərini bölüşüb. 

Müğənni İlhamə Qasımova "İlk dəfə bunu Aygün xanım etdi. Onun sənətini sevirəm, mahnıda dəyişiklik etmədim. Məni tənqid etdilər ki, yeni aranjiman etməmisən? Mən eyni aranjimanla, ona uyğun oxudum. Oxu tərzim belə onun sənətinə hörmət olaraq onu davam etdirdim" deyə, söyləyib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
axsam.az

1Mənbələr