AZ

Zərdabdaqəzada ölənşəxs Vətən müharibəsi iştirakçısı olub

Ajans.az xəbər verir ki, hadisə ötən gün Zərdab rayonunun ərazisində qeydə alınıb. “VAZ-21099” və “Range Rover” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-21099”un sürücüsü, 1988-ci il təvəllüdlü Azər Cəlal oğlu Abdullayev hadisə yerində dünyasını dəyişib. Məlumata görə, Azər Abdullayev 44 günlük Vətən müharibəsi zamanı müxtəlif istiqamətlərdə gedən döyüşlərdə iştirak edib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
12
Ajans.az

1Mənbələr