AZ

TFF prezidentindən qalmaqallı açıqlama “371 hakim mərc oyunları oynayır”

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu qalmaqallı açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, o bildirib ki, Türkiyədəki hakimlərin əksəriyyətinin mərc saytlarında hesabı var:

“571 aktiv hakimdən 371-nin mərc hesabı var. 152-si aktiv olaraq mərc edir. Bir hakimin təkbaşına 18 min 227 dəfə mərc etdiyini öyrəndik. 42 hakimdə isə bu göstərici 1000-nin üzərindədir. Bəzi hakimlər isə bir dəfə bunu ediblər. Bugündən etibarən İntizam Komitəsi bu işlərlə məşğul olacaq”. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
27
qafqazinfo.az

10Mənbələr