AZ

Azərbaycan kubokunun adı dəyişdirildi

BAKI, 27 oktyabr. TELEQRAF

2025/2026 mövsümündən etibarən Azərbaycan Kuboku “Bizon Azərbaycan Kuboku” adlandırılacaq.

Teleqraf xəbər verir ki, bu qərar Peşəkar Futbol Liqası ilə “Bizon” şirkəti arasında imzalanan tərəfdaşlıq müqaviləsi əsasında qəbul edilib.

Müqaviləni PFL adından qurumun rəhbəri Elxan Səmədov, “Avrora Qrup” adından isə prezident Ceyhun Abbasov imzalayıblar.

Bununla da, 14 ildən sonra ilk dəfə Azərbaycan Kubokunun sponsoru olacaq.

Seçilən
86
9
teleqraf.com

5Mənbələr