İstanbulun keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlu bu dəfə casusluq ittihamı ilə həbs edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyyət” qəzeti məlumat yayıb.
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İmamoğlu, Özkan, Yanardağ, Geçek və Hüseyn Günün ifadələri tamamlanıb.
Şübhəlilər İmamoğlu, Özkan və Yanardağ “siyasi casusluq” ittihamı ilə həbs olunmaları tələbi ilə məhkəməyə sövq edilib.
Əkrəm İmamoğlu, həmçinin Necati Özkan, Merdan Yanardağ və Melih Geçek barəsində “casusluq” ittihamı ilə həbs qərarı çıxarılıb.
Məlum olub ki, Hüseyn Gün effektiv tövbə müddəalarının tətbiqi ilə bağlı vəsatətində lideri Əkrəm İmamoğlu olduğu iddia edilən cinayət təşkilatı və onun casusluq əlaqələri ilə bağlı polis və prokurorluğa ətraflı ifadə verib.
Məhkəmə Ekrem İmamoğlunun rəhbəri olduğu iddia edilən mənfəətpərəst cinayət təşkilatının məqsədinin onun prezidentliyə namizədliyi üçün vəsait toplamaq üçün həyata keçirilən korrupsiya əməlləri ilə yanaşı, beynəlxalq dəstəyi təmin etmək üçün casusluq hərəkətləri də həyata keçirmək olduğunu bildirib.
Xatirə SADİQ
 
                        