AZ

Polşada casusluq ittihamı ilə iki ukraynalı saxlanılıb

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Polşa hakimiyyəti Rusiya və Belarusla bağlı casusluq araşdırmaları fonunda iki ukraynalını hərbi və strateji infrastruktur haqqında məlumat toplamaqda ittiham edərək saxlayıb.

Xüsusi Xidmətlər üzrə məsul nazir Tomaş Simonyak bildirib ki, saxlanılanlar ötən həftə Polşa və Rumıniya tərəfindən tutulduğu açıqlanan səkkiz nəfər arasında olub.

Polşa Daxili Təhlükəsizlik Agentliyi (ABW) 32 və 34 yaşlı şəxslərin Katoviçedə tutulduğunu, onların Polşa Silahlı Qüvvələri və Ukraynanı dəstəkləyən infrastrukturla bağlı məlumat topladıqlarını açıqlayıb.

ABW həmçinin şübhəlilərin gizli izləmə cihazları quraşdıraraq “xarici kəşfiyyatla əməkdaşlıq etdiklərinə dair sübutlar” əldə olunduğunu bildirib.

Onların bu fəaliyyətlərə görə pul aldıqları qeyd edilib. Məhkəmə hər iki şəxsin istintaq dövründə üç ay müddətinə həbsdə saxlanılmasına qərar verib.

Firuzə

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
icma.az

1Mənbələr