BAKI, 27 oktyabr. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin yeni iş həftəsinin mühüm görüşlər və tədbirlərlə zəngin olacağı gözlənilir.
Teleqraf xəbər verir ki, prezident bu gün ABŞ Prezidentinin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Sercio Qorun başçılıq etdiyi nümayəndə heyətini qəbul edəcək.
Söhbət zamanı regional əməkdaşlıq, ticarət və investisiya əlaqələri, nəqliyyat və logistika dəhlizləri, elm və texnologiya sahəsində birgə təşəbbüslər müzakirə olunacaq.
Bu həftə Serbiya Prezidenti Aleksandar Vuçiç və Finlandiya prezidenti Aleksandr Stubb ölkəyə səfər edəcək. Görüşlərdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün aktual məsələlər ətrafında müzakirələr aparılacaq.