AZ

Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Qəbələ, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Qəbələ rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına əsasən, Qəbələ şəhəri ərazisində İlham Balakişiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən piyada, 74 yaşlı Vəzuhə Əzməmmədovanı vurub.

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

 

Seçilən
49
azertag.az

1Mənbələr